|
2018.10.13. 15:54
İranın Kirmanşah vilayətində atışma nəticəsində 6 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə İran Kürdüstanı Demokratik Partiyası məlumat yayıb.
Atışma partiya üzvləri ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında yaşanıb. Ölənlərdən birinin mülki şəxs, 2-nin partiya üzvü, 3 nəfərin isə İran həbrçisi olduğu vurğulanıb.
***
İranın Kəşfiyyat Nazirliyi informasiya atışma ilə bağlı yayıb. Məlumatda bildirilir ki, terrorçulara qarşı keçirilən əməliyyat zamanı dəstənin 2 üzvü məhv edilib. Çoxlu sayda silah-sursat ələ keçirilib. Ələ keçirilən sənədlərə əsasən, terrorçu dəstəyə ərəb ölkələrinin dəstək verdiyi və Kirmanşah əyalətində teraktlar törətməyə hazırlaşdığı bəlli olub.
Terrorçuların ölkəyə qərb sərhədlərindən daxil olduğu bildirilib.