|
Fransanın cənubundakı Aude rayonunda baş vermiş daşqınlar 13 nəfərin ölümünə səbəb olub.
Axar.az xəbər verir ki, anidən yağan güclü yağışlar daşqına səbəb olub və ərazidə xeyli yaşayış yeri zərər görüb. Bəzi yerlərdə suyun səviyyəsinin 1,5 metrə qədər qalxdığı bildirilib.
Artıq yerli qurumlar hadisə ilə bağlı həyəcan təbili çalıb.