|
Bu gün Ermənistan yeni mərhələyə qədəm qoyur.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bu mərhələnin əsas mahiyyətini belə xarakterizə etmək olar: onun nəticəsində biz yazda baş tutan məxməri inqilabı sona çatdırmalıyıq. Bu barədə mən axşam daha konkret danışacağam”, - Paşinyan bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Paşinyan oktyabrın 16-da istefa verəcəyini və 9-10 dekabrda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlamışdı.