|
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri oktyabrın 24-də baş tutacaq.
Axar.az xəbər verir ki, bu barədə RİA diplomatik mənbələrə istinadən informasiya yayıb.
“Səfər oktyabrın 24-də baş tutacaq. Rəsmi şəxslərlə bir sıra görüşlər keçiriləcək, regional məsələlər müzakirə ediləcək”, - mənbə bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Bolton oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyini açıqlamışdı.