|
Ermənistan eks-prezidenti Robert Köçəryan partiya yaratmaq istədiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bunu Köçəryan “RİA Novosti”yə açıqlamasında söyləyib.
“Əgər siyasətə qayıdırsansa, o zaman partiya yaratmaq barədə də düşünmək lazımdır. Partiyanın necə adlandırılacağı prinsipial deyil. Prinsipial olan adaptasiya olacağın yanaşmalardır. Mən hazırda müxalifət meydanında ciddi boşluq görürəm və güman edirəm ki, onu ölkənin maraqlarına uyğun doldurmaq lazımdır”, – deyə o bildirib.
O, Ermənistanda hansısa yüksək vəzifə tutmaq niyyətində olmadığını deyib:
“Əgər belə bir niyyətim olsaydı, mən 10 il özəl həyatımı yaşamazdım. Situasiya elə inkişaf edir ki, şərait özü səni prosesin içinə cəlb edir”.
Köçəryan həmçinin növbədənkənar parlament seçkisində də iştirak etməyəcəyini bildirib:
“Mən partiyasız idim. Bu o deməkdir ki, partiyanı sıfırdan yaratmalıyam. Buna görə də seçkiyə yeni komanda ilə getmək istərdim. Yeni situasiya ilə əlaqədar yeni, dərrakəli, gənc və enerjili insanları partiyaya cəlb etmək lazımdır. Bəzilərini isə sənin tanıdığın, səninlə işləyən köhnə komandadan cəlb etmək lazımdır”.