|
Rusiyanın ABŞ sanksiyalarına cavabı fərqli ola, burada assimetrik qərarlar da yer ala bilər.
Axar.az xəbər verir ki, bunu “Avronyus” televiziyasına müsahibəsində Rusiya Baş naziri Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, ABŞ-ın sanksiyalarına cavab hərbi xarakterli olmayacaq:
“Sanksiyalar pis yoldur. Biz bunun haqqında hər zaman deyirik. Bunu biz başlatmamışıq və biz də bitirməyəcəyik”.