|
“Military Times” qəzeti ABŞ ordusunun hərbiçiləri arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
sorğuda iştirak edənlərin 46 faizi ABŞ-ın qarşıdakı bir il ərzində böyük müharibəyə girə biləcəyini bildirib. 2017-ci ildə isə bu ehtimal cəmi 5 faiz olub.
Hərbiçilərin ABŞ-a ən böyük təhdid olaraq gördüyü ölkələr isə Rusiya və Çin olub. Belə ki, 71 faizi Rusiya, 69 faizi isə Çinlə müharibə ehtimalının olduğunu vurğulayıblar.