Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı Tvitter üzərindən bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın əleyhinə əməliyyat keçirməyi planlaşdırırdı. Bu plan İsrail tərəfindən ifşa edilərək Məhəmməd ibn Salmana bildirilib.

Bundan sonra isə Qaşıqçının təhdid prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu haqda türkiyəli yazar Taha Dağlı bildirib.

Onun sözlərinə görə, jurnalistin yoxa çıxması ilə aparılan istintaqın İstanbul ayağında məlumat oxları şahzadəni göstərirdi. Yazar qeyd edir ki, böhranın ABŞ ayağındakı izləri də onu göstərir:

“ABŞ kəşfiyyatının hesabatı ilə başlayaq. Hesabatda Qaşıqçının aradan götürülməsinə görə məsuliyyətin Məhəmməd ibn Salmanın üzərinə düşdüyü iddia edilmişdi. Bu iddia artıq qətiləşib. Hesabata görə, Qaşıqçının başına nə gəlibsə, onda Məhəmməd ibn Salmanın barmağı var. Bu hesabat ABŞ prezidenti Donald Trampa təqdim edilib. Əldə edilən məlumatlar hadisədə Məhəmməd ibn Salmanın rolunu sübut etmək üçün kifayətdir”.

Yazar qeyd edir ki, səudiyyəli jurnalistin Kanadada yaşayan dostu Ömər Əbdüləzizin sözləri də maraqlıdır. Əbdüləzizin sözlərinə görə, Qaşıqçı bir müddətdir Məhəmməd ibn Salmanın adamları tərəfindən təhdid edildiyini söyləyirdi. Jurnalist təhdidlərə aid səs qeydlərini işlədiyi “Vaşinqton Post” nəşri ilə paylaşıb.

“Təhdidləri edən isə şahzadənin mətbuat müşaviri Səudi əl-Kahtani idi. Təhdidlərin səbəbi vəliəhd şahzadəyə qarşı bir tvitter ordusu qurma planı idi. Qaşıqçı və Ömər Əbdüləziz arasında da sosial şəbəkə üzərində bu barədə yazışmalar olur. Bu yazışmalar Məhəmməd ibn Salmanın əlinə keçir”, - Taha Dağlı qeyd edib.

Amma onun sözlərinə görə, Qaşıqçının Tvitter üzərində hazırladığı plan barədə yazışmalar Səudi əl-Kahtani və İsrail tərəfindən ifşa edilib.

“Burada maraqlı olan tək şey Qaşıqçının vəliəhd şahzadəni bu qədər qəzəbləndirəcək nələri bildiyi, nələri planlaşdırdığı və danışmasıdır”, - yazar yekunlaşdırıb.

22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan

Xəbər lenti