|
10-a yaxın ölkə Rusiya ilə S-300 və S-400 sistemlərinin alınması üçün danışıqlar aparır.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Dünya Silah Ticarəti Analizi Mərkəzinin rəhbəri İqor Korotçenko deyib.
“Rusiya artıq Yaxın Şərq və Şimali Afrika ölkələriylə silah tədarüküylə bağlı müqavilələr paketi imzalayıb. Bu barədə rəsmi şəkildə silah tədarükü bitdikdən sonra açıqlama veriləcək. Yaxın Şərq və Şimali Afrika ölkələrinin Rusiyanın silah tədarükündəki payı hər il artır. Eyni strategiyanı Suriyaya S-300 tədarükü zamanı istifadə etmişik. S-300-lərin Əsədə verilməsindən sonra bunu elan etdik”, – deyə o bildirib.