|
Rusiyalı teleaparıcı Vladimir Solovyov Rusiyada ölüm hökmünə moratoriumun ləğv edilməsini istəyib.
Axar.az xəbər verir ki, bunu Solovyov “Vesti FM”ə açıqlamasında deyib.
“Ölüm hökmünü geri döndərmək vaxtı çatıb. Bu cəzanın tətbiqi üçün məhkəmə sistemində prinsipial dəyişikliklər olmalıdır. Ölüm hökmünə moratoriumun ləğvi üçün Rusiya Avropa Şurasından çıxmalı və bu oyunların hamısına son qoymalıdır”, – deyə o bildirib.