|
Hindistanın qərbində yerləşən Maharaştra əyalətində son iki ildə 13 nəfəri öldürən dişi pələng ələ keçirilib.
Axar.az xəbər verir ki, heyvan haqları müdafiəçilərinin etirazlarına baxmayaraq, Hindistan Ali Məhkəməsinin "görüldüyü yerdə öldürülsün" qərarını verdiyi pələng 150 özəl ovçudan ibarət qrup tərəfindən 10 ay davam edən axtarışlardan sonra öldürülüb.
Qeyd edək ki, məhkəmənin qərarından sonra ölkənin məşhur ovçuları Ali Xan, Navab Şafat dişi pələngi axtarsalar da, bir nəticə əldə edə bilməmişdilər.