|
Ermənistan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan Qagik Çarukyanı oliqarxlar siyahısından çıxarıb.
Axar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Paşinyan Çarukyanın sadəcə böyük biznes sahibi olduğunu bildirib.
Çarukyan isə öz növbəsində Paşinyan və komandasına böyük dəstək verdiyini bildirib. O, indiki hökumətə dəstək qarşılığında ondan heç bir nazirlik istəmədiyini deyib:
“Mən siyasətlə yaşamıram. Çalışıram ki, ölkədəki vəziyyəti dəyişmək üçün nəsə edim, amma jurnalistlər mənə mane olub, ölkəni dağıdırlar”.