|
İndoneziyanın Papua əyalətində 5.7 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlim və Geofizika qurumu informasiya yayıb.
Episentri Sarmi bölgəsinin 28 kilometr cənub-şərqində olan zəlzələ yerin 85 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, bir qədər əvvəl İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində 2103 nəfər həlak olmuşdu.