|
Avropa Birliyi yaxın gələcəkdə ABŞ-ın antiiran sanksiyalarından yan keçməklə bağlı mexanizm hazırlayacağına ümid edir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Baş diplomatı Federika Moqerini deyib. O, bunun sayəsində AB-nin İran neftini tədarük edə və onunla leqal biznes qura biləcəyini deyib:
“Biz bu ideyanı BMT Baş Assambleyasında təqdim etdik. AB ölkələri bu mexanizmin yaradılması üzərində aktiv çalışırlar. Mən əminəm ki, bu iş yaxın həftələrdə uğurla davam edəcək. Mexanizm tam leqal və açıq olmalıdır. Sonradan buna digər ölkələr, o cümlədən Asiya ölkələri də qatıla bilər”.