Paşinyanın missiyası HƏLƏ BİTMƏYİB... - ONA GÖRƏ DƏ...Ermənistanda artıq Zəngəzur dəhlizinin açılacağı ilə bağlı xof yaranıb. Erməni siyasiləri hesab edir ki, Tavuşdan sonra Süniki (Zəngəzuru - red.) də itirəcəklər. Bu mövzuya toxunan erməni politoloqlar öz şərhlərində qeyd ediblər ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək. Bu barədə erməni şərhçi Avetis Babacanyan yazıb: “Tavuşdan sonra Sünik gəlir. Növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək. Türkiyə rəsmiləri artıq açıq şəkildə deyirlər ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır. Müharibə təhlükəsi ilə Ermənistandan hər şeyi almaq olar. Nikol Paşinyan bunu göstərdi. Zəngəzur dəhlizini könüllü verməliyik, verməsək, müharibə olacaq. Paşinyan inandıracaq ki, məsələ o qədər də pis deyil, azərbaycanlıların o yoldan keçməsi üçün müəyyən imtiyazlar verilir, misal üçün, gömrük nəzarəti olmayacaq. Hakimiyyət Azərbaycana növbəti güzəşti müxtəlif səbəblərlə əsaslandıracaq, insanları əmin edəcəklər ki, Sünik tezliklə sülh qovşağına, ticarət mərkəzinə çevriləcək, hətta o qədər inkişaf edəcək ki, əvvəllər bunun niyə edilmədiyinə peşman olacağıq. Bütün bunlar sentyabr ayına qədər edilməlidir, çünki Azərbaycan, Türkiyə və Ermənistan tələsir. Zəngəzur dəhlizi sentyabr ayına qədər reallaşacaq”.

Politoloq Vasif Əfəndiyev isə “Sherg.az”a açıqlamasında deyib ki, biz 44 günlük savaşı sülh savaşı adlandırmalıyıq:

“Azərbaycanın bu savaşdan sonra tərəflər arasında imzalanan aktı kapitulyasiya aktı adlandırmaq haqqı olduğunu heç kim inkar etmir. Lakin bu tərz erməni cəmiyyətini də çox narahat edir. Əslində bu savaş həm də sülhə məcburetmə savaşıdır. Ermənilər faktiki qorxu içində yaşayırlar. Qorxunu yaradan səbəb isə şübhəsiz ki, işğal dövründə etdikləri vandalizm və soyqırımıdır. Halbuki bütün olub keçənlərə baxmayaraq, ayıq başlı insanlar anlamalıdırlar ki, 1000 km uzunluqda sərhəddi olan iki qonşu dövlətin sülh və əmin-amanlıq şəraitində yaşamaqdan başqa heç bir doğru yolu yoxdur. Bu tezis daha çox Ermənistana aiddir. İnanın ki, indiki şərait və imkanlar qarşı tərəfin əlində olmuş olsaydı, bizə qarşı daha çox qəddar davranacaqdılar. Amma indi şərtlər elə dəyişib ki, bundan sonra uzun illər revanşistlərin işğalçılıq həvəsləri öləcək. İndi də yeni keşiş Baqrat oyununa başlayıblar. Bu cəhdlərin hamısı mənasız və özünü aldatmaqdır. Paşinyan da vəziyyəti anlamamış deyil, ona görə də üzərinə düşən ən ümdə vəzifə erməni cəmiyyətini Zəngəzur dəhlizinin açılışına hazırlamaqdır. Bütün maneələrə baxmayaraq, Şərqi Zəngəzuru Naxçıvana birləşdirəcək yolun inşası qarşı tərəfdə davam etdirilir. Qazaxın işğalda olan 4 kəndinin danışıqlar yolu ilə qaytarılması və təxminən 100 km-ə qədər sərhədin demarkasiya olunması ümidlərimizi artırır. Əslində bizim üçün bu, ümid deyil və gərəyi olarsa, 44 günlük müharibənin şərtlərini birtərəfli qaydada həyata keçirmək imkanımız da var. Fikrimcə, Zəngəzur dəhlizinin açılması Qafqaza böyük sülh gətirməsi ilə yanaşı daha qlobal hadisələrin gerçəkləşməsinə vəsilə olacaq”.
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Xəbər lenti