Mərhum Prezident Heydər Əliyevin, hörmətli Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə imzalanan bu müqavilələr əlaqələrimizi “Bir millət, iki dövlət” anlayışına bir addım da yaxınlaşdırıb. Bölgəmiz və dünya iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edən bu əsərlər məhz iki ölkənin bu anlayışının nəticəsidir.

 

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım iki ölkənin ağıl, iradə və güc birliyi ilə reallaşan layihənin icrası münasibətilə təbriklərini çatdırdı, Türkiyə-Azərbaycan işbirliyinin əbədi olacağını vurğulayaraq deyib:

"Türkiyə-Azərbaycan münasibətlərini əbədiyyətə daşıyacaq bu və bu qəbildən ortaq layihələrimizlə qürur duyuruq. Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, TANAP, “Star” neft emalı zavodu və buna bənzər böyük olduğu qədər də strateji əhəmiyyət daşıyan bu layihələr təkcə Azərbaycan-Türkiyə qardaşlığını inkişaf etdirmir, eyni zamanda, bütün Qafqazın, Orta Asiyanın və hətta Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir. Ölkələrimizin iqtisadiyyatına böyük fayda verəcək neft emalı zavodunun İzmirimizə, Türkiyəmizə xeyirli-uğurlu olmasını diləyirəm".

Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının ən önəmli tərəfini, həmçinin qarşılıqlı yatırımların, dünya səviyyəli enerji və nəqliyyat sahələrində əməkdaşlığın təşkil etdiyini deyən Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin, Türkiyənin və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin imzaladığı sənədlərlə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb.

Açılış mərasiminin dəyərli bir ildönümü ilə üst-üstə düşdüyünü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə təsadüf etdiyini deyən Binəli Yıldırım bu münasibətlə bir daha təbriklərini çatdırıb.

23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu həbs edəcək
23 Noyabr 2024 Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
23 Noyabr 2024 Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
23 Noyabr 2024 Putin generalları TƏCİLİ topladı, koreyalılar XARKOVDADIR: HÜCUM hazırlığı...
23 Noyabr 2024 "Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
23 Noyabr 2024 Paşinyan Poqosyana yüksək vəzifə verdi
23 Noyabr 2024 Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
23 Noyabr 2024 Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
23 Noyabr 2024 Paşinyan: İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəm
23 Noyabr 2024 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
23 Noyabr 2024 Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
22 Noyabr 2024 Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
22 Noyabr 2024 Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
22 Noyabr 2024 III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
22 Noyabr 2024 Zalujnı: Üçüncü Dünya müharibəsi başladı
22 Noyabr 2024 Bakıdan sonra iki ölkə həyəcan təbili çaldı: “Dərhal çıxın”
22 Noyabr 2024 Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına çalışır: Ağ Ev isə hələ də israrla terrorçuları dəstəkləyir

Xəbər lenti