|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, telefon danışığında öldürüldüyü ehtimal edilən Camal Qaşıqçı barədə müzakirə aparılıb.
Tərəflər aparılan istintaq işinin şəffaflığı üçün iki ölkənin əməkdaşlıq etməsinin önəmindən danışıblar.