|
Rusiya və ABŞ prezidentləri arasında görüş noyabrda Buenos-Ayres və Parisdə baş tuta bilər.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezident Administrasiyasının rəsmi nümayəndələrindən biri məlumat verib.
“Görüş üçün bəzi imkanlar var. Bu, Buenos-Ayresdəki G20 görüşü zamanı və ya Parisdə I Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətiylə keçirilən parad zamanı ola bilər. Daha inandırıcı ehtimal Böyük İyirmiliyin görüşüdür” – deyə o bildirib.