|
Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin keçmiş müşaviri İkramcan İlmiyanov Moskvadan Bişkekə ekstradisiya olunub.
Axar.az xəbər verir ki, “24.kg” agentliyi İlmiyanovun 150 min dollar rüşvət almaqda ittiham olunduğu yazıb.
Qeyd edək ki, Atambayev keçən ilin sonunda prezident vəzifəsini tərk edib. Onun yerinə hakimiyyətə özünün xələf seçdiyi Sooronbay Jeenbekov gəlib. Jeenbekovun hakimiyyətə gəlməsindən sonra Atambayevin bir sıra tərəfdarları həbs edilib. Bunlar sırasında Baş nazirin keçmiş müavinləri Sapar İsakov və Jantor Satılbaldiyev, Bişkekin eks-meri Albek İbrahimov, Gömrük Komitəsinin keçmiş rəhbəri Kubanıçbek Kulmatov var.