|
2018.10.20 - 14:42
Əfqanıstanda parlament seçkisi sabaha qədər uzadılıb.
Axar.az xəbər verir ki, bu məlumatı Əfqanıstan Mərkəzi Seçki Komissiyası yayıb.
Seçkilərin uzadılmasına əsas səbəb kimi Kabildə baş verən partlayışlardan sonra yaranan xaos göstərilib.
***
Əfqanıstanda parlament seçkiləri qana bulanmağa davam edir.
Seçki günü 200-ə yaxın hücum edilib, nəticədə 36 nəfər dünyasını dəyişib.
Daxili işlər nazirinin müavini Əxtar Məhəmməd İbrahimi seçkilər ərzində ölkə daxilində 193 hücum təşkil olunduğunu təsdiqləyib.