|
Ermənistanın parlamentinin eks-deputatı Arakel Movsisyanın (Şmays) 4 qardaşı - Murad, Zərzan, Saak və Lev həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının həbs etdiyi bildirilib.
Hələlik bu şəxslərə qarşı hansı maddə üzrə iş qaldırıldığı açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə Movsisyanın evində axtarış aparılıb.