|
Suriyanın Sosa şəhərində məscidə endirilən hava zərbəsi nəticəsində terrorçuların məhv olunmasından razı qaldıq.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Qüvvələr komandiri, ordu-generalı Cozef Votel deyib.
"İŞİD-in qərargah kimi istifadə etdiyi məscidə zərbə endirmək qərarı düşünülmüş şəkildə və qanuni əsasla verilib, mülki sakinlərin həlak olması isə bu kimi hallarda labüd və məqbul sayılır", - Votel bildirib.
Qeyd edək ki, sözügedən məscidə ABŞ ordusunun hava zərbəsi nəticəsində 62 mülki şəxs ölüb.