|
ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner yaxın münasibətdə olduğu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmanın da adının keçdiyi Camal Qaşıqçı olayı ilə bağlı bəyanat verib.
Axar.az xəbər verir ki, Kuşner hələ sözügedən olayla bağlı sübutların toplanma mərhələsində olduğunu bəyan edib.
"Faktları çox yerdən alırıq. Daha sonra məsələni Prezident Donald Tramp və Dövlət katibi Mayk Pompeo ilə müzakirə edib qərar verəcəyik", - Kuşner söyləyib.