Camal Qaşıqçının öldürülməzdən əvvəl son görüntüləri yayılıb.

Saatbasaat çəkilən görüntülər Qaşıqçının Səudiyyə Ərəbistanının sifarişi ilə öldürülməsinə daha bir sübutdur.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Camal Qaşıqçının nişanlısı Xədicə Çengizlə İstanbulda getdiyi son ünvanlar və dəqiq saatlar yayımlanıb.

Camal Qaşıqçının 28 sentyabr - 1 oktyabr tarixləri arasında nələr etdiyi və 2 oktyabr səhəri harada və kimlərlə görüşdüyünə dair görüntülər ilk dəfə olaraq yayımlanıb.

Qaşıqçı Londondan İstanbula 28 sentyabrda, yerli vaxtla 04.07-də gəlib. Gələrkən subay olduğuna dair sənədləri rəsmiləşdirmək üçün Fatih Nikah İdarəsinə gedib. Onlar mehribanca əl-ələ tutaraq içəri daxil olublar. Zəruri işləri bitirdikdən sonra Qaşıqçı nişanlısı ilə saat 09.28-də evlənmə idarəsindən çıxıb, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib. Saat 09.32-də o, taksiyə minib, taksidə telefonunu nişanlısına verəndən bir neçə dəqiqə sonra Baş Konsulluğa daxil olub. Qaşıqçı 1-1.5 saat sonra xoşbəxt halda Konsulluqdan çölə çıxıb. Boşanmaya dair sənədlər hazır olanda ona xəbər ediləcəyi bildirilib. Londonda keçiriləcək konfrans üçün həmin axşam təyyarəyə minən Qaşıqçı öldürüldüyü gün – 2 oktyabrda səhərə yaxın İstanbula geri dönüb. O, səhər saat 04.06.55-də pasport nəzarətindən keçib. Atatürk Hava Limanında bunlar yaşanıb:

04.08.39-da çamadanı əlində gömrüyün çıxış qapısına doğru irəliləyib.

04.09.04-da gömrüyün çıxış qapısından keçib.

04.11.57-də sarı taksiyə minərək evinə doğru gedib.

04.56-da isə nişanlısı Xədicə Çengiz əlində bağlamalarla Qaşıqçının Topqapı ətrafındakı evinə gəlib, oradan da Baş Konsulluğa doğru yola düşüblər.

Qatillər isə İstanbula tam 23 dəqiqə sonra gəliblər.

Sabah nəşrinin yazdığına görə, Camal Qaşıqçı cinayətinin daha kritik görüntüləri yayılıb. Qaşıqçını öldürmək üçün Səudiyyə Ərəbistanından göndərilən Mahər Abdulaziz Mutreb başda olmaqla bir dəstə qatil İstanbul Atatürk Hava Limanı VIP salonundan giriş ediblər. Görüntülərə əsasən qətl günündə Qaşıqçı ilə qatilləri eyni dəqiqələrdə Atatürk Hava Limanında olublar. Qaşıqçı 2 oktyabr tarixində Atatürk Hava Limanından saat 04.07-də, Mutreb və dəstəsi isə 04.29-da çıxış edib.

Maraqlı məqam sonra başlayır. Belə ki, Qaşıqçının qatilləri 2 oktyabr tarixində saat 09.55-də Səudiyyə Ərəbistanın Konsulluğuna daxil olublar. Həmin saatlarda isə Qaşıqçının nişanlısı ilə səhər yeməyi yediyi bildirilib. Saat 13.00-da Konsulluqdan Qaşıqçıya zəng gəlib, “sənədləriniz hazırdır, gəlib götürə bilərsiniz” deyilərək o, Konsulluğa çağrılıb.

Bu zəngdən sonra Konsulluğa yollanan Qaşıçı hər iki telefonunu nişanlısının yanında qoyub və saat 13.14-də binaya daxil olub. Baş Konsulluğa daxil olandan sonra onunla bağlı məlumat almaq mümkün olmayıb.

Qaşıqçının cəsədi harda və ya kimdədir?

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil əl-Səid İbni Cübeyr Camal Qaşıqçının necə öldürüldüyünü və cəsədinin harada olduğunu bilmədiklərini açıqlayıb. Onun ölümünün dəhşətli bir səhv olduğu və vəliəhd şahzadə Salmanın hadisədən bixəbər olduğu bildirlib:

“Araşdırma nəticəsində Qaşıqçının Konsulluqda öldürüldüyü ortaya çıxdı, lakin onun cəsədinin harada olduğuna dair bir məlumatımız yoxdur”.

Bütün bunların fonunda Ərəb ölkələri Səudiyyə Ərəbistanı rəhbərliyinə inamlarının tam olduğunu açıqlayıb. Qərbdən isə Ərəb dünyasına kəskin reaksiyalar davam etməkdədir. Almaniya Kansleri Angela Merkel məsələ ilə bağlı açıqlamalarının birində Səudiyyə Ərəbistanına silah satışını dayandıracaqlarını bildirərək, hadisəyə beynəlxalq reaksiya göstərilməsi üçün danışıqları davam etdirmək lazım olduğunu bəyan edib.

22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan

Xəbər lenti