Qusarda "TikTok"a video çəkmək istəyən sürücü həyatından oldu - VİDEO

Ötən gün Qusar rayonunda uğursuz dönmə əməliyyatı edən sürücü ağır qəzaya səbəb olub və nəticədə həyatını itirib.

Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Qeyd edilib ki, onun bu hərəkətini dostları "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün çəkirmişlər.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai Qurumlarla Əlaqə Şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

Onun sözlərinə görə, hadisə ötən gün saat 12 radələrində Qusar rayonu, Əcəxuroba kəndi ərazisində baş verib:

"Quba rayon sakini Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə Düztahir kənd sakini Albert Xaspoladovun idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub. Qəza nəticəsində 29 yaşlı Albert Xaspoladov hadisə yerində həyatını itirib.

İlkin ehtimala görə, hadisəyə səbəb VAZ avtomobilinin sürücüsünün kobud qayda pozuntularına yol verərək yük avtomobilinin yoluna çıxması olub. Əraziyə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır".

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə və bu kimi ağır yol-nəqliyyat hadisələrindən düzgün nəticə çıxarmağa çağırır",- deyə qurum rəsmisi vurğulayıb.

 

23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan

Xəbər lenti