|
ABŞ Prezidentinin kibertəhlükəsizlik müşaviri Rudolf Culiani Ermənistan Müdafiə naziri David Tonoyanla görüşüb.
Axar.az xəbər verir ki, görüş zamanı Tonoyan Culianiyə Ermənistan ətrafında yaranan vəziyyətlə əlaqədar məlumatları təqdim edib. Tərəflər xüsusilə ABŞ-dakı erməni icmasının ölkənin ictimai-siyasi həyatındakı rolu barədə məsələni müzakirə ediblər.
Qeyd edək ki, Culiani Ermənistana Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın dəvəti ilə gəlib.