|
Pekin heç bir ölkənin şantajına səbir etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin danışıb.
“Dünən mən artıq Çinin mövqeyini ifadə eləmişəm. Bu müqavilə ABŞ və keçmiş SSRİ arasındadır. Yəni ikitərəfli müqavilədir”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çinin Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmaya qoşulmalı olduğunu açıqlamışdı.