|
Bidzina İvanişvili tərəfdarlarını Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilini dəstəkləməyə çağırıb.
Axar.az xəbər verir ki, o, Zurabişvilinin ilk turda 53% səs toplayaraq qalib gələcəyini bildirib. Onun sözlərinə görə, nə Qriqol Vaşadze, nə də David Bakradze Zurabişvilinin rəqibi ola biləcək:
“Vahid Milli Hərəkat Partiyası və “Rustavi 2” televiziyası özlərinin xəyanətini Zurabişvilinin üzərinə atmağa cəhd edirlər. Mən də Zurabişvili kimi hesab edirəm ki, Saakaşvilinin rəhbərlik etdiyi hökumət 2008-ci ildə müharibəni başlatmaqla xəyanətə yol verib”.