|
Prezident seçkisində qələbəm Rusiyanın başına gələn ən pis hadisə oldu.
Axar.az xəbər verir ki, bunu Şimali Karolina ştatında Respublikaçılar Partiyasının Konqres seçkisiylə əlaqədar təşkil etdiyi təşviqat kampaniyasında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
“Mən sizə bir söz deyim. Mənim qələbəm Rusiyanın başına gələn ən pis şey oldu”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ-da Konqres seçkisi noyabrın 6-da keçiriləcək. Seçkidə Nümayəndələr Palatasına 435 konqresmen, Senata 35 senator, 39 ştata qubernator seçiləcək.