Paşinyan ilk ciddi sınaqla üz-üzə... - "Bu addımı onu..."Politoloq Natiq Miri Azərbaycan-Ermənistan sülh prosesinin mövcud durumu və bunun ətrafındakı son gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycana təklif verdi ki, sülh müqaviləsini razılaşdırılmış maddələr üzrə imzalayaq. O, artıq sazişin 80 faizinin razılaşdırıldığını söylədi. Ermənistan rəhbərinin tez-tez gündəmə gətirdiyi bu “yeni təklif”i nəyə hesablanıb və proses bu formada gedə bilərmi?

- Paşinyanın təklifi həm Azərbaycan, həm də Ermənistan üçün problemlər yarada bilər. Söhbət sülh sənədindən gedirsə, bu, imzalandıqdan sonra Ermənistan Konstitusiya Məhkəməsi və parlamentində təsdiqlənməlidir. Bununla bağlı Ermənistanın problemi var. Bilirsiniz ki, iki ölkə arasında sərhəd məsələsinin həlli ilə məşğul olan işçi qrupu var. Artıq bu qrup işlə bağlı əsasnaməni imzalayıb. Ermənistan hökuməti yenə də bununla bağlı məsuliyyəti bölüşmək üçün topu Konstitusiya Məhkəməsinə atdı. İndi məhkəmədən hansı qərarın gələcəyi bəlli deyil. Çünki bu sənəd təsdiqlənsə, Ermənistan Konstitusiyasına “zidd” olacaq. Çünki Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Aktında Azərbaycana qarşı ərazi iddiası var. Ermənistan sülh istəyirsə, bu əsassız iddiadan vaz keçməlidir, bunun üçün Konstitusiyanı dəyişməlidir.

Paralel olaraq, Ermənistan rəhbərliyi Qarabağa iddiasının olmadığını bəyan edir və bu, sülh müqaviləsi çərçivəsində müzakirə predmeti deyil. Əgər bu əsasnamə Ermənistan Konstitusiya Məhkəməsi və parlamentində təsdiqlənərsə, bu o deməkdir ki, İrəvan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu rəsmən tanıyır. Ona görə də bu, Paşinyan hökuməti üçün ilk test olacaq. Əgər Ermənistan Konstitusiya Məhkəməsi bu sənədi tanısa, bu o demək olacaq ki, bu, həm də sülh müqaviləsinin önünü açmaq üçündür. Yəni əvvəlcə bu məsələni həll etmək lazımdır.

Nikol Paşinyanın təklifinə gəlincə, müqaviləni bu şəkildə imzalamaq yox, razılaşdırılmış maddələri keçilmiş mərhələ kimi paraflamaq olar. Bu o demək deyil ki, konkret sənəd imzalarla təsdiqlənir. Sadəcə paraflanır və gələcək perspektivdə müzakirə ediləcək məsələlərə keçilir. Qalan məsələlər də razılaşdırıldıqdan sonra sülh müqaviləsi imzalanır. Bu gün Ermənistan buna hazır deyil. Çünki yeni Konstitusiyanın hazırlanması 2026-cı ilin dekabrına qərarlaşdırılıb. Bu da o deməkdir ki, 2027-ci ildən tez belə bir referendum keçirilməyəcək. Ona görə də, Paşinyanın dedikləri keçilmiş mərhələnin paraflanması kimi qəbul oluna bilər. Bundan sonra münasibətləri səmimi şəkildə tənzimləmək mümkün olarsa, bu, həm region, həm də iki dövlət adına qazanc olardı.

Ayrıca, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iki dövlətin başçısı və ya xarici işlər nazirlərinin yenidən Astanda görüşünün keçirilməsi ilə bağlı təklifi belə bir gəlişməyə aça bilər. Hətta ola bilsin ki, Rusiya da bu məsələnin içindədir. Çünki Paşinyan belə bir görüşün Rusiyada keçirilməsinə razılıq vermədi.

- Paşinyan bildirdi ki, müqavilənin 13 maddəsi razılaşdırılıb. Bundan öncə də demişdi ki, 17 maddədən 13-ü üzərində anlaşma əldə olunub, 4 məsələ isə açıq qalır. Söhbət hansı məsələlərdən gedir?

- Nikol Paşinyan ötən dəfə rəqəmləri səhv salmışdı, xarici işlər naziri Mirzoyan bunu düzəltdi, 16 bənddən 13-ü razılaşdırılıb, 3 məsələ qalır. Bunlardan birincisi, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasıdır. Ən problematik və əsas məsələ budur.

Digər məsələ, BMT-nin mandat verdiyi ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Artıq buna lüzum yoxdur. Əslində Rusiya da bunun tərəfdarı kimi çıxış edir. Çünki Qərb-Rusiya qarşıdurması kontekstində belə bir qurumun fəaliyyəti absurddur. Qarabağ məsələsi həll olunmuşkən, Ermənistan rəhbərliyi buranın Azərbaycanın bir hissəsi kimi tanımışkən, hansı vasitəçilik institutundan söhbət gedə bilər? Demək, bu, Ermənistanın siyasi və onun havadarlarının geosiyasi məqsədlərinə xidmət edən məsələ kimi gələcəyə saxlanılır. Hesab olunur ki, guya bu, Azərbaycana müəyyən təzyiq yaradan amildir. Doğru fikir deyil.

Üçüncüsü, sülh sənədində bir ştrix kimi kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşməsi prinsipləri, paralel olaraq, gələcəkdə problem yarada biləcək mövzuların yalnız diplomatik danışıqlar yolu ilə həll edilməsi məsələləri vurğulana bilər. Yəni hərbi məsələ istisna edilir. Əlbəttə, sülh müqaviləsi imzalandıqdan sonra bütün bunların hamısının önü açıq olacaq. Ayrıca, səmimi və özlərinin dedikləri kimi, müstəqil və suveren olsalar, sülh müqaviləsinin imzalanması üçün ən qısa müddətdə konstitusiyaya dəyişikliyin edilməsi yolları mövcuddur. Sadəcə bunun üçün ciddi siyasi iradəyə ehtiyac var.

- Sülh prosesi yeni vüsət alarkən, Ermənistanın radikal müxalifəti yaxın günlərdə Nikol Paşinyan hökumətinə qarşı itaətsizlik aksiyalarına başlayacağını bəyan edib. Revanşist hərəkatın başında yenə keşiş Baqrat Qalstanyan durub. Erməni radikallarının fəallığı İrəvanın qərarlarına təsir edə, yaxud Paşinyanı devirə biləcək qədər güclü ola bilərmi?

- Əgər belə bir ciddi maneə olsaydı, Paşinyan son açıqlamasında qətiyyətli olmazdı. Açıq şəkildə deyir ki, sənədi imzalamağa hazıram. Düzdür, bu, həm də Ermənistanın maraqlarını ifadə edən sənəddir, amma həmişə bu yöndəki mesajları daxildə müzakirələrə səbəb olub. Açığı, Ermənistan müxalifətinin Paşinyana qarşı ciddi ictimai rəy formalaşdıracağını düşünmürəm, bunun əlamətləri görünmür. Ermənistan hakimiyyətinin sülh istədiyi qənaətindəyəm. Çünki 2026-cı ildə keçiriləcək seçkilərdə Paşinyana qələbə gətirə biləcək iki məqam var. Bunlardan biri, Avropa Birliyinə inteqrasiyada ciddi irəliləyişin əldə olunması ilə bağlıdır. Söhbət Avropa Birliyi ilə Ermənistan arasında viza rejiminin liberallaşdırılması, Ermənistana üzvlük üçün namizəd statusunun verilməsi və üzvlük üçün referendumun keçirilməsi kimi məsələlərdən gedir.

İkinci məsələ sülhlə bağlıdır. Bunlar Paşinyanın 2021-ci ildə keçirilən erkən parlament seçkilərində ermənilərə verdiyi vədlərdir. Paşinyan bu iki məsələni etsə, bunları əllərində bayraq edib seçkilərə gedəcək. Buna görə də, onun sülh müqaviləsinə ehtiyacı var. Əlbəttə, Paşinyan bu sazişi həm də, mümkün olan yerə qədər özlərinin maraqları daxilində bağlamaq istəyir. Bunu edib-edə bilməyəcəyini zaman göstərəcək. Hər halda düşünürəm ki, Ermənistan rəhbərliyi bu yöndə irəliləyir.

Ermənistan cəmiyyətində də müxalifətə yönəlik fikir dəyişikliyini görmürəm, söhbət əksəriyyətdən gedir. Belə bir hal yoxdursa, hakimiyyəti devirmək kimi iddialar o qədər də ciddi deyil. Düzdür, radikalların təxribat törətmələri üçün potensialları var, amma bununla nəyisə dəyişmək çətindir. Bəli, təxribatlar ola bilər, çünki erməni cəmiyyəti həmişə terrorçu cəmiyyət olub. Ermənilərin yetişdirdiyi terrorçuların sayı kifayət qədərdir, onlar Ermənistanda yaşayırlar.

Aksiyalarda süni toqquşma zamanı bir neçə şəxsin öldürülərək məsuliyyətin Nikol Paşinyan hökumətinin üzərinə atılması kimi bir siyasət formalaşa bilər. Bu, hiss olunur. Revanşistlərin buna alternativləri yoxdur, çünki cəmiyyətdə nüfuzları çox aşağıdır. Başqa sözlə, belə təxribatlar ola bilər, buna görə də, həm Paşinyan hökuməti, həm də onun Qərbdəki havadarlarının mümkün gəlişmələrə hazırlıqlı olduqlarını düşünürəm.
23 Noyabr 2024 Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
23 Noyabr 2024 Paşinyan: İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəm
23 Noyabr 2024 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
23 Noyabr 2024 Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
22 Noyabr 2024 Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
22 Noyabr 2024 Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
22 Noyabr 2024 III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
22 Noyabr 2024 Zalujnı: Üçüncü Dünya müharibəsi başladı
22 Noyabr 2024 Bakıdan sonra iki ölkə həyəcan təbili çaldı: “Dərhal çıxın”
22 Noyabr 2024 Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına çalışır: Ağ Ev isə hələ də israrla terrorçuları dəstəkləyir
21 Noyabr 2024 Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA
21 Noyabr 2024 Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
21 Noyabr 2024 Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
21 Noyabr 2024 Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
21 Noyabr 2024 Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
20 Noyabr 2024 Ermənistan parlamentindən də istefalar başladı
20 Noyabr 2024 Çin ABŞ-nin görüş istəyini rədd etdi
20 Noyabr 2024 Tehran rejimi geri çəkilir - KİV
19 Noyabr 2024 Qəzzada BÖHRAN: İsrailin icazə verdiyi yardımlar OĞURLANIR
19 Noyabr 2024 TƏCİLİ! Böyük savaş BAŞLADI: Trampın komandasında fırtınalar qopur - FOTO

Xəbər lenti