|
Keçmiş Amerika lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Rusiya və Çini ABŞ-nin düşməni hesab etmədiyini bildirib.
Bunu Tramp X-də yayımlanan müsahibəsində deyib.
“Xarici qüvvələr var ki, onların arasında düşmənlər də var. Siz onlara Rusiya, Çin və başqaları deyirsiniz. Onlar düşməndirlər, ya yox, mən bilmirəm. Düşünürəm ki, Çinlə və Rusiya ilə çox yaxşı anlaşacağıq”, - Tramp deyib.
Tramp əlavə edib ki, seçkidə qalib gəlsə, Ukraynadakı münaqişəni hələ yanvarın 20-də baş tutacaq inauqurasiyadan əvvəl həll etmək niyyətindədir. “Oval Ofisi ələ keçirməmişdən əvvəl bunu etmək istəyirəm”, - o vurğulayıb.