|
İran və Rusiya qaz müqaviləsi üzrə danışıqlar aparır.
Bunu İslam Respublikasının energetika naziri Abbas Əliabadi deyib.
“Neft Nazirliyindən verilən məlumata görə, müqavilə üzrə danışıqlar hələ də davam edir”, - Əliabadi bildirib.
Onun sözlərinə görə, nüvə sahəsində də əməkdaşlıq davam edir. Hazırda İran “Rosatom”un iştirakı ilə Buşehr atom elektrik stansiyasının ikinci və üçüncü enerji bloklarını tikir.