|
Rus ordusu oktyabrın 10-da axşam saatlarında Odessa vilayətinə ballistik raketlərlə hücum edib və nəticədə çoxsaylı ölən və yaralanan var.
Bu barədə Odessa regional dövlət administrasiyasının rəhbəri Oleq Kiperin məlumat verib.
Onun sözlərinə görə, Odessa vilayətində hücum nəticəsində mülki əhalinin yaşayıb işlədiyi iki mərtəbəli bina dağılıb.
"Nəticədə aralarında yeniyetmə də olmaqla 4 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 9 yaralıdan 4-nün vəziyyəti isə ağırdır", - o qeyd edib.
Qeyd edək ki, son günlərdə Odessaya hücum aktivləşib. Oktyabrın 9-da Odessa vilayətinə ballistik raketlərlə hücum nəticəsində 8 nəfər ölüb.