|
Angela Merkelin ən böyük səhvi Almaniyaya miqrantları buraxması oldu.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində rusiyalı senator Aleksey Puşkov paylaşıb. O, bunun sayəsində Merkelin Avropada miqrasiya böhranı yaratdığını və öz kariyerasını bitirdiyini bildirib.
Qeyd edək ki, Merkel bundan öncə Xristian Demokratik İttifaqı Partiyasının rəhbərliyindən gedəcəyini və 2021-ci ildə kansler vəzifəsinə namizədliyini verməyəcəyini bildirib.
O, partiya rəhbəri vəzifəsini 2000-ci ildən, kansler vəzifəsini isə 2005-ci ildən tutur.