|
ABŞ-da qaçırılan uşaq 31 il sonra anasına qovuşub.
Axar.az xəbər verir ki, bu barədə “Asoşeyted Press” yazıb.
Məlumata görə, polis Linet Mann-Luis adlı qadına onun illər əvvəl qaçırılan oğlunun Konnektikut bölgəsində tapıldığını bildirib. Uşağı 1987-ci ildə 2 yaşı olarkən atasının qaçırdığı məlum olub.
Qohumlarının polisə bildirdiyinə görə, bu müddət ərzində uşaq elə Konnektikutda, başqa ad altında yaşaya bilərdi.