|
Növbəti prezident seçkisi ABŞ cəmiyyətində yekun parçalanmaya və yeni vətəndaş müharibəsinə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu sözlər Harvard Universitetinin britaniyalı professoru Nil Förqisonun “Sandey Tayms” qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, son zamanlar ABŞ-da daxili ziddiyətlər artır və mədəniyyət konflikti kəskinləşir:
“Amerikadakı internet seqmentində çoxdan özünəməxsus mədəni vətəndaş müharibəsi başlayıb və Konqres seçkisi ərəfəsində bu, daha da güclənir. ABŞ prezidentinin məşhur kritiklərinə bombaların göndərilməsi ABŞ-da vətəndaş müharibəsi haqqında yeni kəhanətlər söyləməyə imkan verir”.