|
Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi qruplar ilə ABŞ qüvvələri arasında qarşılıqlı hücum əməliyyatı baş verib.
Bu barədə Suriya mediası yazır.
Verilən xəbərə görə, Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi qruplar axşam saatlarında çayın əks sahilində ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərinə raketlərlə hücum edib. ABŞ bazasının yerləşdiyi ərazidə güclü partlayış səsləri eşidilsə də, bazada hər hansı itki olub-olmadığı məlum deyil.
Buna cavab olaraq ABŞ qüvvələri İranın dəstəklədiyi qrupların mövcud olduğu Havicet Sakır, Cefra, Mreyiyye və Murat kəndlərini artilleriya atəşinə tutub.
Bu toqquşmadan sonra hansı ölkəyə məxsus olduğu bilinməyən döyüş təyyarələri sözügedən kəndlərə hava zərbələri endirib.
Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-nin dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altındadır, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.