|
Jurnalist Camal Qaşıqçının ölümü şokedici dərəcədə dəhşətli cinayətdir.
Axar.az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Haqları üzrə Ali komissarı Mişel Baçelet deyib. O bildirib ki, Qaşıqçı cinayətinin aydınlaşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət qrup formalaşdırılmalıdır.
Xatırladaq ki, C.Qaşıqçı oktyabrın 2-də Səudiyyənin İstanbul konsulluğunda öldürülüb.
Səudiyyə hakimiyyəti yalnız bir neçə həftə sonra jurnalistin konsulluqda öldürüldüyünü etiraf edib.