|
Ukrayna tərəfinin Aleksandr Zaxarçenko cinayətində əli olmasını düşünmək üçün ciddi əsaslar var.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Zaxarçenko sui-qəsdi regionda qeyri-sabitliyin bərqərar olmasına hədəflənib. Bu cinayəti Ukraynanın törətməsinə dair təkzibedilməz əsaslar var”, - deyə diplomat bildirib.
Xatırladaq ki, Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko 31 avqust tarixində “Separ” kafesinə öncədən qoyulan partlayıcının işə düşməsi nəticəsində öldürülüb.