|
Rusiya Azov dənizində regional stabilliyi pozmağa hazır olduğunu nümayiş etdirir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin müavini Conatan Koen BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiya Azov dənizində gəmilərin Ukrayna limanlarına yaxınlaşmasına izn verməməklə Ukraynanın ərazi bütövlüyünü pozur.
O, ABŞ-ın Rusiyaya qarşı Donbas və Krıma görə yenə sanksiyalar tətbiq edəcəyini bildirib. Koen bu sanksiyaların Minsk razılaşması icra edilənə və Krım yarımadası Ukraynaya qaytarılana qədər davam edəcəyini söyləyib.