|
Dövlətin, eləcə də kilsənin rollarını müəyyən edəcək yeni bir çərçivə arzulayırıq. Yunan dövlətinin dini obyektivliyinin Konstitusiya daxilində aydın şəkildə müəyyən olunmasının vaxtı çatıb.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Yunanıstan Baş naziri Aleksis Çipras çıxış edib.
"Ölkənin yeni bir səhifə açdığı dövrdə daha radikal, daha dəyişik addımlar atmağın vaxtıdır" , - Çipras söyləyib.
Qeyd edək ki, bir müddət öncə Çipras ölkənin bütün partiyalarına məktub ünvanlayaraq, Konstitusiyada dəyişikliklər üçün təkliflər edilməsini istəyib.