|
Prezident Donald Tramp dünya düzənini pozmağa hazırlaşmır və Böyük Britaniya onun Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və NATO ilə bağlı təşəbbüslərini dəstəkləyəcək.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Ceremi Hant deyib.
“Düşünürəm ki, Tramp dünya düzənini pozmağa çalışmır. O, sələflərindən fərqli olaraq, onun uğrunda daha sərt yollarla savaşır. ÜTT və NATO ilə bağlı məsələyə gəldikdə isə biz həmişə onun yanında olacağıq və onun bu yöndə islahatlarını dəstəkləyəcəyik”, - deyə XİN rəhbəri bildirib.