13:00

Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanı baş nazir postuna seçməkdən növbəti dəfə imtina edib.

Bu isə o deməkdir ki, qanunverici orqana növbədənkənar seçkilər keçiriləcək.

Azərtac xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ara Babloyanın sözlərinə görə, Nikol Paşinyanın namizədliyi lehinə və əleyhinə heç bir deputat səs verməyib, 13 deputat isə bitərəf qalıb. Beləliklə, Paşinyan parlamentin buraxılmasına nail olub.

Ölkə konstitusiyasına əsasən, parlament buraxıldıqdan sonra prezident seçki gününü təyin edir. Paşinyan müvafiq fərmanı gözləmədən növbədənkənar seçkilərin dekabrın 9-da keçiriləcəyini bildirib.

Ermənistanda bu ilin mayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra siyasi anomaliya yaranıb. Miqyaslı küçə aksiyaları səbəbindən parlament Paşinyanı hökumət başçısı seçməyə məcbur olsa da, onun qanunverici orqanda çoxluğu yoxdur. Belə ki, Paşinyanı dəstəkləyən “Elk” fraksiyası cəmi 8 deputatdan ibarətdir. Əvvəlki hakim partiya (Respublika partiyası) 105 parlament mandatının 49-na sahibdir.

Siyasi proseslərin gedişi açıq-aydın göstərir ki, Paşinyan ölkədə bütün hakimiyyəti öz monopoliyasına almaq niyyətindədir və hadisələr buna doğru gedir.

22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA

Xəbər lenti