|
Rusiya ordusu bu gün səhər Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub.
Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri öz teleqram kanalında yayıb.
Məlumata görə, atəş zamanı Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə “Rubej” qitələrarası ballistik raketi atıb.
Sözügedən raketin Həştərxan vilayətindən buraxıldığı qeyd olunub. Bununla yanaşı, rusiyalı hərbçilərin Dneprə Tambov vilayətindən “MiQ-31K” qırıcıları ilə “Kinjal” raketləri, eləcə də “Ту-95МС” vasitəsilə yeddi ədəd “Х-101” qanadlı raketləri atdığı bildirilib.
Hücum nəticəsində tələfat və dağıntının olması barədə məlumat daxil olmayıb.