|
Gürcüstanın NATO-ya üzvlüyünə problem kimi baxırıq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Andrey Kelin deyib. Onun sözlərinə görə, bu, müdafiəyə əlavə xərclərin ayrılmasına səbəb olacaq:
“Biz Soçi yaxınlığında müdafiə qurşağı qurmalı olacağıq. Bunun üçün böyük ölçüdə resurslar xərcləməli olacağıq. Bu qaçılmazdır. Bütün bunlar mümkün düşmən tərəfindən olan fəaliyyət imkanlarının qarşısını almaq üçün gərəklidir. Eyni problem Ukraynanın NATO-ya üzvlüyü zamanı yaranacaq. Ona görə də müdafiə eşelonlarının cənubda qurulması önəmlidir. Ümid edirəm ki, Kiyev və Tiflisin NATO üzvlüyü yaxın gələcəyin məsələsi deyil”.