|
Qarabağdakı separatçı rejimin nümayəndələrinin danışıqlar masası arxasına qayıtması Ermənistan və Azərbaycanın razılığı əsasında mümkündür.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Bu məsələ konflikt tərəflərinin qərarıyla həll edilməlidir. Bir zamanlar Qarabağın nümayəndələri Bakı və İrəvanın danışıqlarında iştirak ediblər. Erməni rəhbərliyinin təklifi ilə bu praktika dəyişdirilib və danışıqlar uzun illərdir Azərbaycanla Ermənistan arasında aparılır. İndiki ikitərəfli formatı dəyişdirmək üçün iki tərəfin də razılığı tələb edilir. Mənim bildiyim qədər ilə hazırda belə razılıq yoxdur”, – deyə o bildirib.