|
Rusiyanın fəaliyyəti ABŞ-ın təhlükəsizliyini zəiflədir.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo “Foks Nyus”a müsahibəsində deyib.
“Tramp açıq şəkildə bəyan etdi ki, o, ruslarla yaxşı münasibət istəyir. Bizə lazımdır ki, onlar öz davranışlarını dəyişsinlər. Onlar problemlər yaradır və ABŞ-ın təhlükəsizliyini zəiflədirlər. Biz onların raketlərlə bağlı razılaşmanı icra etməsini istəyirik” – deyə o bildirib.