![]() |
|
Ermənistanın Respublikaçılar Partiyasından olan deputat Araik Qriqoryan parlament seçkisində namizədliyini irəli sürməkdən imtina edib.
Axar.az xəbər verir ki, “Jamanak” qəzetinə açıqlama verən Qriqoryan belə addım atmasına əsas səbəb Respublikaçılar Partiyasına qarşı cəmiyyətdə formalaşan neqativ əhval-ruhiyyəni göstərib.
“Respublikaçılar Partiyasında keçən seçkidə namizədliyini irəli sürən deputatların əksəriyyəti bu dəfə seçkidə namizədliklərini irəli sürməkdən imtina ediblər. Onlar seçkidə rüşvət verərək qalib gəlməyəcəklərinə əmindirlər və buna görə biabır olmaq istəmirlər” – deyə o bildirib.