|
Rusiyanın Ukraynaya qarşı sanksiyaları əsassızdır.
Bu barədə Avropa Birliyinin Ukraynadakı Nümayəndəliyinin Mətbuat Xidməti məlumat yayıb.
AB Moskvanın situasiyanı gərginləşdirəcək bütün addımlardan qaçmalı olduğunu deyib.
Qeyd edək ki, bundan öncə Rusiya Ukraynaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına 300-dən çox adamın adı daxil edilib.