|
Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa xarici işlər nazirinə ölkə ərazisində “artıq” bazalar yaratmamağı məsləhət görüb, əks halda Minskin cavab verməyə məcbur olacağını bildirib.
Bu barədə Belarus prezidentinin mətbuat xidməti yazıb.
“Mən Minskdə çıxış zamanı xarici işlər nazirinə dedim ki, biz sizinlə döyüşməyə hazırlaşmırıq. Buna görə də artıq bazalar yaratmağa ehtiyac yoxdur. Əks halda isə biz ruslarla cavab verməli olacağıq”, - Lukaşenko bildirib.